Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya AgentliyiNƏ bildiriblər ki, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop həm öz adından, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adınan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarova öz “Twitter” səhifəsində məlumat verib. Milli Məclisin Sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.