Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO

1056

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən növbəti birgə komanda-qərargah məşqində əsas diqqət qoşunların qısa zamanda döyüşə hazırolmasının təmin edilməsi üzrə tapşırıqların icrasına yönəldilib.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və resursları nəzərə alınmaqla birləşmə və hissələrin komplektləşdirilməsinin yeni bir modeli üzərində tapşırıqlar dəqiqləşdirilib.

Komanda-qərargah məşqində komandir və qərargahların yaranmış əməliyyat  şəraitində qərarqəbuletmə vərdişləri təkmilləşdirilib.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: