Yasin Cəfərov Çili ictimaiyyətini ölkəmiz, o cümlədən Naxçıvan barədə məlumatlandırıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın diplomatik missiyasının müvəqqəti işlər vəkili Yasin Cəfərov facebook üzərindən keçirilən canlı virtual paneldə Çili ictimaiyyətinə ölkəmizin müstəqillik tarixi barədə prezentasiya ilə çıxış edib. Yasin Cəfərov çıxışında Naxçıvan barədə də məlumat verib, çilili turistləri Naxçıvanı görməyə dəvət edin. O, Azərbaycanın qərbində yerləşən Naxçıvanın qədim tarixi abidələrlə zəngin olduğunu, bu baxımdan turistlər üçün maraqlı ola biləcəyini söyləyib, Azərbaycanlıların qonaqpərvər olduğuna diqqət çəkib.

Qeyd edək ki, video-təqdimat 3 mindən artıq insan tərəfindən izlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: