“RIA Novosti” agentliyi Ermənistandakı biolaboratoriyaların Moskvada narahatlıq doğurduğunu yazır

A- A A+

“RIA Novosti” agentliyi ABŞ-ın Ermənistanda yaratdığı bioloji laboratoriyalar şəbəkəsinin rəsmi Moskvanın narahatlığına səbəb olduğunu yazır.

NUHÇIXAN İnformasiya Agentlyi xəbər verir ki, Rusiya agentliyi ABŞ-ın Orta Asiyada və Cənubi Qafqazda yaratdığı bioloji laboratoriyaların bir sıra qonşu ölkələrin təhlükəsizliyi baxımından narahatlıq keçirdiyindən bəhs edib.

Məqalədə qeyd olunub ki, sovet dövründə Ermənistan Mikrobiologiya İnstitutu nüfuzlu mikrobiologiya mərkəzi hesab edilirdi. 1990-cı illərdə ABŞ və Böyük Britaniya institutun elmi tədqiqatları ilə yaxından maraqlanmağa, erməni mütəxəssislərini öz ölkələrinə dəvət etməyə başlayıblar. Artıq 2000-ci illərdə amerikalılar Pentaqonun vəsaiti hesabına Ermənistanda bir neçə biolaboratoriya açıblar. Birləşmiş Ştatlar Ermənistan Milli Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin modernləşdirilməsinə 10 milyon dollar sərf edir. Yerevan, Gümri, Vanadzor, Martuni və İcevanda tikilmiş elmi mərkəzlər Qafqaz regionu üçün səciyyəvi virus və ştammları öyrənir. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, ancaq ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması Agentliyinin də bu laboratoriyalara girişi var, əməkdaşlar isə həm ermənilər, həm amerikalılardan ibarətdir.

“RIA Novosti” yazır ki, Ermənistan biolaboratoriyalarının qapalı olması Moskvada bir sıra suallar doğurur. Ötən il Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya mütəxəssisləri ilə əməkdaşlıq haqqında memorandum imzalamağa razılıq vermiş, lakin ən son anda sənədi imzalamaqdan imtina etmişdi.

Məsələni şərh edən ekspertlərin rəyinə görə, postsovet dövlətləri xaricdən köməyə ümid bəsləyib epidemioloji vəziyyətə nəzarəti gözdən qaçıra bilərlər. Bu isə xüsusilə pandemiya dövründə ağır nəticələr verə bilər. Laboratoriyaların fəaliyyəti qorxu doğurmağa başlayır. Bu da onların işinin daha şəffaf olmasını tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: