İyunun 1-də Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
İclasın gündəliyinə 1 məsələ daxil edilib. Deputatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda nəzərdən keçirəcəklər.