Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yarışda döyüş maşını üzərində motoatıcı bölmələrin hazırlığı yoxlanılır, heyətlərin bilik və bacarıqları artırılır, döyüş vərdişləri təkmilləşdirilir.
Hərbi qulluqçular sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirir, eləcə də verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra edirlər.