Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları döyüş atışları keçiriblər - VİDEO

A- A A+

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tədris planı və proqramına uyğun olaraq, hərbi poliqonda kursantların intensiv hazırlığı həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Kursantlar zirehli texnikadan istifadə vərdişlərini təkmilləşdirib, şərti düşmən hədəflərinin atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: