Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları"Qapalı Səhmdar Cəmiyyətinə məktub yazıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məktubda deyilir:
"2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaratmış, nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olmuşdur. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almağınız xahiş olunur".