Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi "Twitter" səhifəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.
NUHÇIXAN İnformasiya Agentliyin məlumatına görə, paylaşımda deyilir:
"Can Azərbaycanın 15 İyun Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycan bu gün Qafqazın parıldayan güclü ulduzu olub. Ümumilli lider cənnət məkan Heydər Əliyevin yolunda daha gözəl illərə!"