Müdafiə Nazirliyi: Tərtər rayonunda yolun düşmən tərəfindən atəşə tutulması barədə yayılan məlumat həqiqəti əks etdirmir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
Məsələ ilə əlaqədar NUHÇIXAN İnformasiya Agentliyinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, həmin ərazidə partlayış baş verdiyi müəyyən olunub. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.