İyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda, deputatlardan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.
Milli Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, koronavirusla əlaqədar Milli Məclis Aparatının əməkdaşlarından və deputatlardan mütəmadi olaraq testlər götürülür.