Cənab Vasif Talıbov Naxçıvanın iqtisadiyyatını gücləndirir

A- A A+

ABŞ vətəndaşı, jurnalist-tədqiqatçı Peter Tasenin 15-17 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarında, İspaniyada, Paraqvayda və Venezuelada fəaliyyət göstərən ispan dilli saytlarda “Cənab Vasif Talıbov: Naxçıvanın iqtisadiyyatı və turizmini gücləndirir” sərlövhəli məqaləsi verilib.

Müəllif iyunun 22-də həmin məqaləni “Cənab Vasif Talıbov: Naxçıvanın iqtisadiyyatını gücləndirir” sərlövhəsi ilə Amerika Birləşmiş Ştatlarının “Eurasiareview” ingilis dilli saytında da yerləşdirib. Peter Tase məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi və turizm potensialı, həmçinin ərazidə koronavirus pandemiyasının qarşısının alınması sahəsində görülən işlər  barədə  oxuculara ətraflı məlumat verir.

“Eurasiareview” xəbər portalı dünyanın müxtəlif ölkələrindən olan müəlliflər və ekspertlər ilə işləyir, onların fikirləri fərqli olsa da, hamısı söz azadlığının gücünə inanır. Xəbər portalının gündəlik 20 mindən artıq abunəçisi vardır.

NUHÇIXAN İnformasiya Agentliyi Amerika Birləşmiş Ştatlarının “Eurasiareview” ingilis dilli saytında yerləşdirilən məqaləni təqdim edir: 

"Qlobal pandemiyanın davam etdiyi dövrdə, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ictimai, iqtisadi və idman fəaliyyətlərinə üstünlük vermişdir. Həmçinin  ictimai sağlamlıq sahəsində  davam edən  böhranlı vəziyyəti  də təqdirə layiq şəkildə idarə etmişdir.

23 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən  Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə 1,0 (bir) milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılmışdır.

Naxçıvan Muxtar Respublikasının strateji inkişaf çərçivəsində Prezident İlham Əliyev 22 noyabr 2019-cu il tarixdə “Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə 34,3 milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılmışdır. Bu layihə bölgə iqtisadiyyatının, turizm və qida sənayesinin inkişafı üçün həyati bir sərmayədir.

Son aylarda Azərbaycanın Naxçıvan bölgəsində  müxtəlif idman tədbirləri təşkil edilmişdir. 5 mart 2020-ci ildə Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilmişdir. Tədbirdə Azərbaycandan olan idmançılar, idman mütəxəssisləri və tanınmış rəsmilər də iştirak etmişdir. Festivaldan əvvəl Gənclər və İdman nazirliklərinin, Azərbaycan və Naxçıvan Muxtar Respublikasının idman federasiyalarının nümayəndələri, eləcə də ən yaxşı idmançılar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub və böyük Avropa liderinin fəaliyyəti və ictimai idarəçiliyi ilə tanış olmaq üçün Heydər Əliyev Muzeyinə səfər etmişlər.  Hər il martın 5-də Bakı Dənizkənarı Bulvarda təşkil olunan İdman Festivalı ilk dəfə Naxçıvan şəhərində təşkil edilirdi.

Ali Məclisin Sədri Vasif Talıbov dövlətin ümumi büdcəsinin xərclənməsində heyranedici səmərəlilik  göstərərək Naxçıvanda yaşayan Azərbaycan əhalisinin hər birinin rifah halının yüksəltmək üçün şəffaflıq, hesabatlılıq və uğurlu fəaliyyət nümayiş etdirdi. Koronavirus dünyaya təsirini davam etdirərək minlərlə insanın ölümünə və milyonlarla vətəndaşın yoluxmasına səbəb olsa da, Azərbaycan Respublikasında virusun yayılmasını ehtiva edən və bunun mənfi təsirlərini mümkün qədər aradan qaldırmaq üçün çox dinamik bir yol xəritəsi həyata keçirildi. 10 mart 2020-ci il tarixdən etibarən Prezident İLHAM ƏLİYEV administrasiyası və  Naxçıvan MR Ali Məclisin Sədri VASİF TALIBOV Naxçıvanda COVID-19 virusunun ərazidə yayılmasını  minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirdilər. Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyindən bildirmişlər ki, 6 aprel 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasında 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər isə sağalaraq evə buraxılmışdır. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilmiş, ağırlaşma halları olmamışdır”. Aprel ayının ortalarında ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılmışdır. Onlardan 536-sı ölkənin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslər olmuşdur.

Azernews kanalına gündəlik son müsahibəsində ​​YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin  təşkilatın koronavirus pandemiyası zamanı uşaqları qorumaq üçün həyata keçirdiyi tədbirlər haqqında çox vacib məlumat vermişdir: “İşimizin böyük bir hissəsi bu işin əvvəlinə gedir. Mart ayında pandemiya ilə mübarizədəki fəliyyətimiz virus haqqında ictimaiyyətin məlumatlılığına və biliklərini artırmağa yönəlmişdir. Xüsusilə ailələrin öz  təhlükəsizliyini necə qoruyub saxlaya biləcəyi, yoluxma riskinin qarşısını necə ala biləcəyi, şəxsi gigiyena məlumatları və sair. Biz həmçinin virus və virusun yayılmasının qarşısın almaq üçün əhali arasında məlumatlılığı və bilikləri artırmaqla ailələrdən birbaşa məlumat əldə etməklə yerli tərəfdaşlarımızla  birlikdə işləyirik.

Son aylarda cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Hökuməti, səhiyyə idarəçiliyi və təhsil sahəsində çox əhəmiyyətli mərhələlərə nail olmuşdur.  Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEV və Naxçıvan Ali Məclisinin rəhbəri  cənab VASİF TALIBOV yol infrastrukturu sahəsində strateji layihələr həyata keçirmiş, kənd təsərrüfatı istehsalını qorumuş, qlobal tənəzzül və pandemiya dövründə iqtisadi artımı sabitləşdirmişlər. 460 mindən çox əhalisi olan Naxçıvanda cəmiyyətə böyük dəstək göstərən və  Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verən bir neçə ictimai layihələr həyata keçirilmişdir ki,  bu layihələr  Qafqaz regionu  və Avropanın  nailiyyəti hesab olunur.  Hər şeydən əvvəl, beş su elektrik stansiyası və bir günəş paneli qurğusunun istismarı, bərpa olunan enerji istehsalına Avrasiya baxışını xeyli təkmilləşdirən və Korporativ Sosial Məsuliyyəti gücləndirən layihələrdir. Naxçıvan - Azərbaycanın ən yaxşı inkişaf etmiş regionudur və  Beşinci Sənaye İnqilabının prinsiplərini işıqlandıran uğur  hekayəsi vardır ki, bütün bunlar cənab  Sədr Vasif Talıbovun həyata keçirdiyi indiki dövlət siyasətində mühüm yer tutmuşdur. Bu rəhbərlik səviyyəsində dövlət vəsaitinin düzgün xərclənməsi və şəffaflıqdan irəli gəlir. Buna görə əminəm ki, Seth GODIN (beynəlxalq marketinq mütəxəssisi) kimi böyük mütəfəkkirlərin, Azərbaycanın bu ərazisindəki dövlət idarəçiliyindən öyrənmələri üçün çox şey vardır".

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: