İndoneziya mətbuatında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə məqalə dərc olunub

A- A A+

İndoneziyada fəaliyyət göstərən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının internet səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümü münasibətilə məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan Silahlı Qüvvələri 102-ci ildönümünü qeyd edir” sərlövhəli məqalənin müəllifi təşkilatın hökumətlə əlaqələr bölməsinin rəhbəri, fəal bloqqer Annisa Xasya Fadilahdır.

Məqaləyə Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkəmiz ordu quruculuğu sahəsində böyük uğurlar əldə edib” sözləri ilə başlayan müəllif Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, yeni yaranmış dövlətin daxili və xarici təhdidlərə qarşı müdafiə olunmaq məqsədilə ordu quruculuğu istiqamətində atdığı addımlara dair geniş məlumatlara yer verib.

1920-ci ildə işğal nəticəsində keçmiş Sovet İttifaqının ilhaq etdiyi Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra milli ordusunu yenidən qurduğu və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu 26 iyun tarixinin 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan müvafiq Fərman ilə Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilməsi haqqında qərarın verilməsi məqalədə əksini tapıb.

Müəllif Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizdə keçirilən təntənəli mərasimlər haqqında ətraflı məlumat verərək, Azərbaycan xalqını bu əlamətdar gün münasibətlə təbrik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: