Türkiyə mətbuatında Azərbaycan Silahlı Qüvvələri haqqında məqalə yayılıb - FOTOLAR

A- A A+

Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində (KİV) məqalə yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan ordusu 102 yaşını qeyd edir” başlıqlı məqalədə silahlı qüvvələrimizin yaranma tarixi və müasir vəziyyəti barədə türkdilli oxucular məlumatlandırılır. Diqqətə çatdırılır ki, müasir Azərbaycanın silahlı qüvvələri müstəqilliyimizin bərpasından sonra geniş inkişaf yolu keçib. Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən təsis edilən ordumuzun tarixi missiyası və sonrakı dövrlərdə baş verənlərdən bəhs olunur. Bildirilir ki, müstəqilliyimizin bərpasından sonra Türkiyə ilə hərbi sahədə çoxsaylı anlaşmalar imzalanıb. Ordu arsenalımızın genişlənməsində qardaş ölkədə istehsal olunan hərbi məhsullara geniş yer verilib.

Məqalə ilə “yeniakit”, ”yeniakit”, “yenicag” və digər saytlarda tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: