Milli Məclisin iyunun 30-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.
İclasda Vergi Məcəlləsində, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.