"Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib

A- A A+

Prezident İlham Əliyev “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib. 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə,  dəyişiklik “Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixinin dəyişməsi ilə bağlıdır. 

“Mediasiya haqqında” qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi. Dəyişikliyə əsasən, qanunun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

Qeyd edək ki, “Mediasiya haqqında” qanunun 39-cu maddəsinə əsasən, 1 iyul 2020-ci il tarixindən etibarən iqtisadi, ailə, və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak nəzərdə tutulmuşdu. Lakin ölkədə COVİD-19 koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən təlimlərin keçirilməsi təxirə salınıb, ailə, əmək və kommersiya mübahisələri üzrə mediasiya işlərini aparmaq üçün ən azı 300 mediatorun hazırlanması tələb edildiyini və qanunvericiliyə uyğun olaraq bir mediasiya təlimində maksimal 15 nəfərin iştirak edə biləcəyini nəzərə alaraq, bu şərtlər daxilində 1 iyul 2020-ci il tarixinədək “Mediasiya haqqında” qanunun tələblərinə cavab verən mediasiya sisteminin qurulması qeyri-mümkün olub. Qeyd edilənlərin və vaxt məhdudiyyətini nəzərə alaraq, “Mediasiya haqqında” qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəalarının qüvvəyə minmə tarixinin 1 yanvar 2021-ci il tarixinədək təxirə salınması məqsədəuyğun sayılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: