Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Qanunla “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.