Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişi təsdiq edib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.