Ermənilər Naxçıvanla sərhəddə öz taxıl sahələrini yandırıblar - VİDEO - VİDEO
NUHÇIXAN xəbər verir ki, işğaldan azad edilmiş Günnüt kəndi istiqamətində erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq dünən gecə saatlarından bu gün səhər saatlarınadək açılan atəşlərlə yeni əldə etdiyimiz ərazilərimizi yandırmağa çalışıb və nəticədə külək şimal tərəfə-Ermənistan istiqamətinə əsdiyinə görə həmin yanğın sadə erməni kəndlilərinin təsərrüfatına od salaraq ziyan vurub.
Erməni kriminal rejimi və hərbi dairələrinin gecədən səhərədək törətdikləri təxribatlar nəticəsində kasıb erməni əhalisinin Günnüt kəndi yaxınlığındakı minbir zəhmətlə əkib becərdiyi sahələrə od düşüb. Azərbaycan tərəfinin dəfələrlə bəyan etdiyi kimi bizim hərbi gücümüz mülki erməni əhalisinə qarşı yönəlməyib. Azərbaycan əsgəri düşmənin təxribatlarına cavab olaraq nəzarətindəki ermənilərə məxsus buğda sahələrini yandırmaq imkanına malik olsa dabunu etmir. Çünki, qarşı tərəfdən fərqli olaraq bizim əsgərimiz baxmayaraq ki, o nemətlə düşmən qidalanacaq çörəyə hörmət əlaməti kimi taxıl zəmilərini və digər təsərrüfat sahələrini yandırmır. Düşmən isə əksinə olaraq təxribatlarından əl çəkmir və törətdiyi təxribatlar erməni əhalisinə ziyan vurur. Kadrlardan da gördüyünüz kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüb. Lakin külək şimal istiqamətə əsdiyindən erməni hərbçilərinin törətdikləri təxribat xarakterli yanğınlar sadə erməni kəndlilərinin taxıl sahələrinə və öz postlarına od salıb. Azərbaycan tərəfi erməni tərəfindən fərqli olaraq, daha doğrusu düşmən kriminal rejiminin və hərbi dairələrinin öz sadə əhalisinə etmədiyi yaxşılığı və insanpərvərliyi edərək hümanist addım atıb və yanğının söndürülməsi üçün şərait yaradıb. Kadrlardan da aydın şəkildə görünür ki, Əlahiddə Ümumqoşun Ordunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və sadə erməni əhalisinin təsərrüfatlarına heç bir ziyan yetirmir. Törədilən təxribatların səbəbkarı erməni kriminal hərbi-siyasi rejimidir.
Nəriman Nəcəfov