Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib
Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib.
Bununla bağlı NUHÇIXAN İnformasiya Agentliyinin sorğusunu cavablandıran Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasına nəzarət üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.