Şahin Mustafayev Aİ Komissiyasının Yardım Proqramları üzrə milli Koordinator vəzifəsindən azad edilib
Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru vəzifəsindən azad edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamda əksini tapıb.