Türkiyə koronavirusla mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib - FOTOLAR
İyulun 5-də qardaş ölkə Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir.
Qardaş ölkənin bu addımının yüksək qiymətləndirildiyini vurğulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan və Türkiyə hər bir məsələdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də birlikdədirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə Azərbaycana çatdırılan bu yardım, bizim qardaşlığımızın bariz nümunəsidir. Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də COVID-19-a qarşı mübarizədə birgə səy göstərirlər. Azərbaycan da 30-dan çox ölkəyə yardım göndərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına da dəstək göstərib”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında sıx əlaqələrin olduğunu bildirib. Qeyd edib ki, Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi, qoruyucu ləvazimat yardımı göstərib, dərman preparatları göndərib.
Səfir vurğulayıb ki, Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir: “Bu gün etdiyimiz bu yardım qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakteri daşıyır. Aramızdakı yaxın münasibətlərin nəticəsi olan bu yardım, iki ölkənin dövlət başçıları – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlıqlarının təzahürüdür. Fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımızın yaxınlarına başsağlığı verir, xəstələrə tez bir za