Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.