Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu barədə danışarkən deyib: “Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”.