Bu çirkin əməllərə əl atmaq Ermənistanın təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.
“Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”, - deyə Prezident qeyd edib.