MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır
Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məsələ ilə əlaqədar NUHÇIXAN İnformasiya Agentliyinin sorğusunu cavablandırarkən deyib.
V.Dərgahlı bildirib: “Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci il aprelin 12-də çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”.