Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook”dakı səhifəsində guya Azərbaycan Ordusunun işğalçı ölkənin Berd rayonunun Çinari kəndini 82 millimetrlik və 120 millimetrlik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi, lakin yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.
Bununla bağlı NUHÇIXAN İnformasiya Agentliyinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin məlumat həqiqəti əks etdirmir. Azərbaycan Ordusu mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmur.