GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı Azərbaycanın Ermənistanla sərhəd olan Tovuz bölgəsində Ermənistanın hərbi təxribat törətməsini qəti şəkildə pisləyir.
NUHÇIXAN İnformasiya Agentliyi GUAM Katibliyinə istinadla xəbər verir ki, təşkilatın yaydığı bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd bölgəsində hücum cəhdi qınanılır. “Bir daha qeyd edirik ki, münaqişələr GUAM bölgəsinin rifahına, sabitliyinə və uğuruna mane olur”, - deyə bəyanatda vurğulanır.