Ukrayna mətbuatında Ermənistanın təxribatına dair məqalələr yayılıb - FOTOLAR

A- A A+

Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutması barədə Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatı dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukraynanın dövlət informasiya agentliyi olan Ukrinform, “RBK-Ukrayna”, tsn.ua saytlarında dərc edilən yazılarda Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və ərazilərin Azərbaycan Ordusunun nəzarəti altında olması vurğulanır.

Eyni zamanda bütün mənbələrdə Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Azərbaycan ərazisi olması və Ermənistan tərəfindən işğal edilməsi faktı qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: