Bosniya və Herseqovina mətbuatı: “Təxribat hərəkətlərinə görə Ermənistan tam məsuliyyət daşıyır”

A- A A+

İyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücuma keçmək cəhdləri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı Bosniya və Herseqovinanın (BvH) dövlət qurumlarına, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlara, yerli KİV-ə göndərilib, habelə Diplomatik Nümayəndəliyimizin internet səhifəsində, eləcə də “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkə platformalarında yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sözügedən bəyanat ilə əlaqədar iyulun 13-də Diplomatik Nümayəndəlik tərəfindən BvH-nin Federal Xəbərlər Agentliyində (FENA) “Armenija snosi punu odgovornost za provokativne akcije” (“Təxribat hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır”) başlıqlı məqalə dərc etdirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məsələ ilə bağlı açıqlamasına, eləcə də Xarici İşlər və Müdafiə nazirliklərinin müvafiq bəyanatlarına istinadən Ermənistanın məlum təhrikedici əməlləri barədə məlumatlar BvH kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: