Qırğızıstan və Özbəkistan mətbuatında Ermənistanın təxribatı ilə bağlı materiallar yerləşdirilib - FOTOLAR
Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) “Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib” sərlövhəli materialını rus və ingilis dillərində çap edib. Portal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasdakı çıxışını tam olaraq verib.
Portal həmçinin “Hikmət Hacıyev: Ermənistanın sərhəddə törətdiyi təxribat onun münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur” sərlövhəli məqaləni də rus və ingilis dillərində yerləşdirib.
Özbəkistanın uza.uz, kun.uz, tnews.uz, fikr.uz portalları da Ermənistanın Azərbaycanın Tovuz rayonundakı təxribatları ilə bağlı özbək və rus dillərində yazılar çap edib.