Hulusi Akar: Ermənistanın Tovuz istiqamətində hərbi hücumlarını şiddətlə qınayırıq - VİDEO
Ermənistanın Azərbaycanın Tovuz istiqamətində həyata keçirdiyi hərbi hücumları şiddətlə qınayırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib. Nazir deyib: “Hücumu qətiyyətlə dəf edərək şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik. Dağlıq Qarabağı işğal edərək illərdən bəri təcavüzkar mövqe sərgiləyən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmaqda, “Bir millət, iki dövlət” deyərək azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməkdə davam edəcəyik”.