Almaniya mətbuatı Ermənistanın təxribatından yazır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi Almaniyanın “Spiegel” dərgisi, “De.euronews.com”, “Tagesschau.de”, “Nex24.news”, “Greenpeace-magazin.de” portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi hücumu ilə bağlı məqalələr dərc edib.
Məqalələrdə Ermənistanın daxilində mövcud olan problemlərdən, bu təxribatı törətmək üçün mümkün səbəblərdən bəhs edilir. Ermənistanın bu əməlləri ilə regionda vəziyyəti gərginləşdirdiyi, hər iki tərəfdən itki olduğu diqqətə çatdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı təcavüzkar dövlətin rəhbərliyinin bölgədəki gərginliyi artıran son hərəkətlərinin və bəyanatlarının davamıdır.
Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlərə də yer verilib.