Vaqif Dərgahlı: Ermənilər bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün qəsdən dezinformasiya yayırlar
Düşmən bölmələrimizə qarşı keçirəcəyi yeni hücumlara bəraət qazandırmaq üçün qəsdən dezinformasiya yayır.
Bunu Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusunun guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərini ələ keçirmək cəhdi barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin açıqlaması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı NUHÇIXAN İnformasiya Agentliyinə bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti həyata keçirməyib. Ermənistan tərəfinin bu iddiaları növbəti dezinformasiyadır. Onların məqsədi bu gün səhərdən bölmələrimizin mövqelərinə başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində hər hansı diversiya törətməyib və təbii ki, heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki, ümumiyyətlə ola bilməz. Çünki onlar Ermənistanla sərhəddə davam edən hərbi əməliyyatlara cəlb olunmayıb.