Türkiyə KİV-ləri Ermənistanın Azərbaycana qarşı təxribatını diqqətdə saxlayır - FOTOLAR
Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi və yaranan gərgin hərbi vəziyyət Türkiyənin aparıcı KİV-ləri tərəfindən diqqət mərkəzində saxlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT HABER”, “TRT AVAZ”, “A HABER”, “HABER TÜRK”, “NTV” televiziya kanalları, “Milliyyet”. “Huriyyet”, “Taqvim”, “Yeni şafaq”, “Akşam”, “Yeşil İğdır” və digər çoxtirajlı qəzetlər baş verən hadisələri operativ işıqlandırır. Bundan başqa, televiziya kanallarında sosial, hərbi, hüquq və digər sahələri təmsil edən ekspertlərin iştirakı ilə verilişlər yayımlanır. Ermənistanın Dağlıq Qarabağdan uzaq bir məkanda yeni bir münaqişə ocağı yaratmasının səbəbləri ilə bağlı fikirlər bildirilir. Aparıcı qəzetlər analitik məqalələr təqdim edir. Erməni tərəfinin hadisələrə məsuliyyətsiz yanaşması ictimai qınaq kimi gündəmdədir.