Mariya Zaxarova: Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri vəziyyətin normallaşdırılması istiqamətində işləyirlər
Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri münaqişənin daha da genişlənməsinin qarşısının alınması və vəziyyətin normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan tərəfləri ilə iş aparırlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada brifinqdə bəyan edib.
M.Zaxarova vurğulayıb: “Deyə bilərəm ki, XİN-in saytında iyulun 13-də dərc edilən Rusiyanın xarici siyasət idarəsinin bəyanatında, Rusiya və Ermənistan, Rusiya və Azərbaycan xarici siyasət idarələri başçılarının telefon danışıqları barədə KİV-lər üçün məlumatlarda, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında münaqişənin daha da genişlənməsinin qarşısının alınması üçün tərəflərə bütün zəruri tədbirlərin görülməsi və substantiv danışıqları mümkün qədər tezliklə bərpa etmək barədə çağırış öz əksini tapıb”.