İspaniya mətbuatında işğalçı Ermənistanın Azərbaycana qarşı təxribatı ilə bağlı məqalələr dərc olunub

A- A A+

İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun rəsmi internet səhifəsində, habelə İspaniyanın “Diplomat in Spain” internet portalında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı ilə bağlı məqalələr dərc etdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalələrdə Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təcavüz aktı törətdiyi vurğulanır.

Məqalədə Ermənistanın beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal etdiyi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını barədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan tərəfindən indiyədək icra edilməyib.

Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti təzahürüdür.

Sonda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin və sərhəddə törətdiyi təxribat əməllərinin kəskin şəkildə qınanılması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: