Ermənistanın Azərbaycanla sərhəddə yaratdığı qarşıdurma Yaponiya KİV-lərinin də diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə sərhəddə yaratdığı qarşıdurma Yaponiya KİV-lərinin də diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yaponiyanın bir çox kütləvi informasiya vasitələri, o cümlədən NHK telekanalı, Kyodo və JIJIP RESS informasiya agentlikləri bu mövzuya geniş yer ayırıblar.

NHK telekanalının “Azərbaycan və Ermənistan sərhədində hərbi gərginlik artır” adlı materialında bildirilir ki, keçmiş SSRİ respublikaları olan Azərbaycan ilə Ermənistan arasında hərbi gərginlik artıb. Hər iki tərəf itkilər verib.

Qeyd edilir ki, 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətrafda yerləşən yeddi rayonu işğal edib. 1994-cü ildə atəşkəs haqda razılıq əldə olunsa da, münaqişə hələ də davam edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə istinadla Ermənistan tərəfindən törədilən təxribata baxmayaraq, Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilməyəcəyi vurğulanır.

Eyni zamanda, Türkiyənin Xarici İşlər nazirinin “Ermənistanın hərəkətlərinə dözmək mümkün deyil” fikirləri də sitat kimi verilib. Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayan Mövlud Çavuşoğlunun ölkəsinin Azərbaycanı dəstəklədiyi qeyd edilib: “Ermənistanın hərəkətləri yolverilməzdir. Ermənistan yeni münaqişə zonası yaratmaqla insanların diqqətini əvvəlki mübahisə problemindən yayındırmaq istəyir”.

Qeyd edilir ki, Ermənistan ilə qonşu olan Türkiyə bu ölkə ilə heç bir diplomatik münasibətlərə malik deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: