Diaspor təşkilatları Ermənistanın hərbi təxribatının dünya mediasında geniş şəkildə işıqlandırılmasına çalışır - FOTOLAR
İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində xaincəsinə və qəfildən hərbi təxribat törətməsi barədə xəbərlər dünyanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Türkiyə, İsrail, Macarıstan, Almaniya, Fransa, Niderland, Litva, Monteneqro, Serbiya, Ukrayna və digər ölkələrin müxtəlif media qurumlarında və xəbər portallarında dərc olunan məlumatlarda və məqalələrdə Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq sərhədlərimizi və yaşayış məskənlərimizi artilleriya atəşinə məruz qoyması, hərbçilərimizin və mülki şəxsin həlak olması, yaralanması, evlərin dağıdılması və sair məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, bu məlumatlarıın geniş şəkildə yayılmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının da rolu olub. Həmvətənlərimiz təkcə məlumatların yayılması ilə deyil, ölkəmizdə baş verənlərlə bağlı informasiya agentliklərinə müsahibələr və açıqlamalar verərək, işğalçı ölkənin təcavüzkar əməllərinə dünya birliyinin diqqətini cəlb etməyə çalışırlar.