Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər ünvanlanır

A- A A+

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq ordumuza dəstək məqsədilə hərbi xidmətə çağırılmaqla döyüşlərə qatılmalarını xahiş edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyi bildiriblər ki, iyulun 13-dən 17-dək Müdafiə Nazirliyinə bu mövzuda 7 minə yaxın müraciət daxil olub.

Nazirlik xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir.

Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hərbi xidmətə cəlb edilmək arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər.

“Azərbaycan Ordusu düşmənin istənilən təxribat və hücumunun qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır. Vətənpərvərliyə və həmrəyliyinizə görə çox sağ olun!”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: