Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsimdə yaranan gərgin hərbi vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident İlham Əliyevlə vəziyyəti müzakirə etdiyini, Azərbaycan hərbi nümayəndə heyətinin Ankaraya səfərə gəldiyini diqqətə çatdıran Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ermənistan Tovuz bölgəsi istiqamətində yaşayış məskənlərini və dinc əhalini atəşə tutur. Azərbaycan da torpaqlarını və əhalisini qətiyyətlə müdafiə edir. “Qafqaz mücadiləsi zamanında olduğu kimi, bundan sonra da Azərbaycanın, azərbaycanlı qardaşlarımızın yanında olacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.