Vaqif Dərgahlı: Tovuz rayonu istiqamətində gərginlik əvvəlki günlərə nisbətən sakitləşib

A- A A+

İyulun 17-nə keçən gecədən indiyədək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gərginlik əvvəlki günlərə nisbətən sakitləşib.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında deyib.

Ancaq gərginliyin hələ də qaldığını vurğulayan V.Dərgahlı bildirib: “Bizim dövlət sərhədi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlar və digər atıcı silahlar tətbiq edilir. İriçaplı silahlardan istifadə olunmur. Əvvəlki günlərdə olduğu kimi, minaatanlardan və digər artilleriya qurğularından istifadə edilmir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: