Qazaxıstan saytında Ermənistanın hərbi təxribatından bəhs edilib - FOTOLAR

A- A A+

Qazaxıstanın “avesta-news.kz” portalında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində yaranmış vəziyyət barədə məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisində mülki obyektlərə, o cümlədən dinc sakinlərin evlərinə artilleriya hücumları, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı çıxışları geniş şəkildə işıqlandırılıb. Qeyd edilib ki, Ermənistan tərəfinin artilleriya atəşi ilə Azərbaycan Ordusunun zabit və əsgərləri həlak olub, mülki əhali arasında ölən və yaralananlar var.

Məqalədə deyilir ki, Ermənistan silahlı qüvvələri Tovuzun Dondar Quşçu, Ağdam və digər kəndlərini minomyotlardan və iriçaplı silahlardan atəşə tutub, dağıntılar var.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında daha ətraflı məlumat verilən yazıda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etdiyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: