Müdafiə Nazirliyi: Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir
Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yaşayış məntəqələrimiz atəşə tutulmur. Amma ümumilikdə gərginlik davam etməkdədir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.