Ermənilərin hərbi xidmət xofu - FOTOLAR - FOTOLAR

A- A A+

Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində uğurlu Günnüt əməliyyatı və 11 min hektarlıq ərazilərin erməni nəzarətindən azad etməsi Ermənistan tərəfini əməllicə təşvişə salıb. Əsgərlərimizin strateji yüksəkliklərdə postlar qurması və erməni kəndlərinə atəş məsafəsində yerləşməsi  Ermənistan cəmiyyətini narahat edir. Xalq Ermənistan hakimiyyətindən bütün olanlarla bağlı hesabat tələb etsə də, küçələrdən  hakimiyyətə gələn  səriştəsiz Paşinyan hökuməti müxtəlif bəhanələr və sərsəm bəyanatlarla sadə erməniləri aldatmaqda davam edir. Erməni saytlarının verdiyi məlumata görə, artıq düşmən ölkədə gənclərin hərbi xidmətə çağırışına başlanıb. Ermənistanın sputnik.am saytı öz səhifəsində bununla bağlı məlumat  yerləşdirib. Xəbər narahat olan daxili auditoriyaya və aralarında hərbi xidmətdən yayınma hallarının çoxaldığı erməni gənclərinə hesablansa da, saytda yayımlanan həyəcan dolu baxışları əks etdirən fotolar həqiqəti olduğu kimi göstərir.

Qeyd edək ki, bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi xidmət zamanı həlak olan gənclərin valideynləri ilə görüşüb. Oğullarını  itirən analar baş nazirə öz etirazlarını bildiriblər. Bütün bunların fonunda övladlarını Ermənistan ordusuna göndərən valideynlərin təlaşı və həyəcanı başa düşüləndir. 

NUHÇIXAN övladını hərbi xidmətə yola salan valideynlərin və Ermənistan ordusunda yenicə xidmətə başlayan gənc əsgərlərin həyəcənlarını əks etdirən həmin fotoları, eyni zamanda müqayisə üçün hərbi xidmətə gedən Azərbaycanlı gənclərin yolasalma mərasimlərini əks etdirən məqamları  təqdim edir.

  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: