İndoneziya parlamentinin fraksiyası Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat yayıb

A- A A+

İndoneziya parlamentinin fraksiyası Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İndoneziya parlamentinin xanım deputatı Anqqia Erma Rini həm öz adından, həm də parlamentdə təmsil etdiyi Milli Oyanış Partiyası fraksiyası adından Ermənistan-Azərbaycan sərhədində son günlərdə baş verən təxribatla əlaqədar bəyanat verib.

Parlamentdə 60-a yaxın üzvü olan fraksiyanın nümayəndəsi Anqqia Erma Rini bəyanatında Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycan ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərinə etdiyi hücumlar, habelə hərbçilərlə yanaşı, dinc sakinin həlak olmasına görə kəskin şəkildə etirazını bildirib.

İndoneziya parlamentinin üzvü Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrinə hörmətlə yanaşmağa çağıraraq, Ermənistanın bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını tələb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: