Ermənilər Azərbaycanın Avstraliyadakı səfirliyinə qarşı vandalizm aktı törədiblər - FOTOLAR
Avstraliyada yaşayan ermənilər tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı vandalizm aktı törədilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 18-də yerli vaxtla səhər 6:50 radələrində bir qrup naməlum şəxs qanunsuz olaraq səfirliyin inzibati binasının ərazisinə daxil olaraq, təxribatçı əməllərə yol verib. Sonradan bu əməllərin “Erməni Gənclər Federasiyası”nın üzvləri tərəfindən törədildiyi üzə çıxıb. Səfirlikdə yaşayan insanların yatmasından istifadə edən qorxaq ermənilər sübh vaxtlarında səfirliyin inzibati ərazisinə daxil olaraq, böhtan və yalan xarakterli bannerlərini yerləşdiriblər.
Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov jurnalistlərə bildirib ki, təxribatçılar məhz Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı son zamanlar ermənilərin hazırladığı təxribatların qarşısının Azərbaycan diasporu tərəfindən qətiyyətlə alındığını nəzərə alaraq, qorxaqcasına sübh saatlarında bu vandal əməli həyata keçirərək qaçıblar.
R.Qurbanov vurğulayıb ki, təxribatçılar sonradan öz hiyləgər və barbar “şücaətlərini” sosial media hesablarında paylaşmış və öz həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq etmiş, hətta bəziləri səfirliyin binasına yandırmağa belə çağırmaqdan çəkinməmişlər.
Qeyd olunan təxribatçı əməl barədə Avstraliyanın əlaqədar qurumlarına dərhal məlumat verilib və hazırda hadisə ilə bağlı Avstraliya Federal Polisi tərəfindən araşdırma aparılır.