Polkovnik Vaqif Dərgahlı: Cəbhədə vəziyyət stabil gərgin olaraq qalır, düşmənin 2 hərbçisi ağır yaralanıb
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət sabit gərgin olaraq qalır.
Bunu NUHÇIXAN İnformasiya Agentliyinə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb.
Bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 pilotsuz uçuş aparatı (PUA) da məhv edilib.