İyulun 21-də Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycanın və Ermənistanın Moskvadakı səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyan birgə işçi nahar ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə nizamlanmasına dair səylərin fəallaşdırılması perspektivləri müzakirə edilib.