Ağdamın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin “Azersky” peykindən əldə edilmiş təsvirləri - FOTOLAR

A- A A+

Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür. Bununla əlaqədar Ağdam rayonu ərazisindəki Şahbulaq qalasının və rayonun işğal altında olan ərazilərində Ermənistan tərəfindən yanğın törədilən sahələrin “Azersky” peykindən əldə olunmuş təsvirləri təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təsvirləri “Azərkosmos” ASC yayıb.

Ağdam rayonu ərazisində XVIII əsrə aid, müdafiə elementlərini özündə əks etdirən Şahbulaq qalası Azərbaycan tarixində özünəməxsus yeri olan Qarabağ xanlığı tərəfindən inşa edilib. Hərbi memarlıq üslubuna malik olan Şahbulaq qalası nadir qala komplekslərindən biridir. Strateji cəhətdən Ağdam rayonunun əlverişli hissəsində yerləşən qala bir müddət Qarabağ xanlığının mərkəz qalası olub.

Bu gün Şahbulaq qalası da erməni vandalizminin acı nəticəsini yaşamaqdadır.

Düşmən, həmçinin Ağdamın təbii resurslarına və onun təbiətinə də amansızcasına yanaşır. Son günlər Ağdam rayonunun işğal altında olan ərazilərində Ermənistan tərəfindən silsilə yanğınlar törədilir. “Azersky” peykindən əldə olunan peyk təsvirlərinin analizinə əsasən sözügedən ərazidə təkcə son bir həftə ərzində törədilən yanğınların 560 hektardan çox sahəni əhatə etdiyini görmək olar.

Xatırladaq ki, bu cür yanğınlar hər il təkrarlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: